Gəncə şəhər 25 saylı tam orta məktəbin XI sinif şagirdi Elbəy Əliyev Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Ədəbiyyat biliciləri” müsabiqəsində III dərəcəli diplom və qiymətli hədiyyəyə layiq görülüb.
Qeyd edək ki, “Ədəbiyyat biliciləri” müsabiqəsi üç mərhələdə təşkil olunub. Yarışmanın məktəb mərhələsində bölgələr üzrə 30 minədək şagird iştirak edib. Onlardan 4 min 665-i rayon (şəhər) mərhələsində iştirak hüququ qazanıb. Müsabiqənin rayon (şəhər) mərhələsi martda yekunlaşıb və 114 şagird ölkə mərhələsinə vəsiqə əldə edib.
Bu mərhələdə iştirakçılar dörd variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazıb və 10 sualı yazılı cavablandırıblar. Şagirdlərin yazı işləri münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Müsabiqənin nəticələrinə görə, beş nəfər birinci, 10 nəfər ikinci, 15 nəfər üçüncü dərəcəli diploma, 21 nəfər tərifnaməyə layiq görülüb.