Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsil verənlərin əlavə təhsili üzrə təlimlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzi arasında bağlanmış müqaviləyə əsasən 01.12.2016-cı il tarixdən Azərbaycan dili və ədəbiyyat.riyaziyyat, ibtidai sinif müəllimlər üçün keçirilən təlim kursu 31.05.2017-ci il tarixdə yekunlaşdı. Təlimlər 2 modul üzrə aparıldı: ixtisas, metodik bacarıqların inkişaf etdirilməsi. Gəncə şəhəri üzrə 868 nəfər müəllimə təlim keçirildi. 1-2 iyun 2017-ci il tarixdə kursda iştirak etmiş müəllimlərin bilik və bacarıqları Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən qiymətləndirildi. İmtahanin obyektiv və şəffaf keçirilməsi məqsədi ilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun əmkdaşlari və Tələbə könüllülər imtahanin gedişinə nəzarət edirdilər