Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik mövzusunda illik marifləndirmə proqramı çərçivəsində məktəblilərin II respublika müsabiqəsinə yenə Gəncədə, Azərbaycan Dövlət Aqrar Universitetində start verilib.
ADAU-nun mətbuat xidmətinin xəbərinə görə, bu münasibətlə təhsil müəssisəsinin mühəndislik korpusunun həyətində təşkil edilən sərgidən əvvəl bildirilib ki, Respublika Prezidentinin 2016-cı il 16 mart tarixli Sərəncamı ilə təsdiq olunan Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritəsinə uyğun olaraq ekoloji təmiz kənd təsərrüfatı istehsalının inkişafı, təşkili üzrə pilot layihələrin hazırlanıb. Bu layihələrin və həyata keçirilməsi Təhsil Nazirliyi, Respublika Uşaq – Gənclər İnkişaf Mərkəzi tərəfindən reallaşdırılıb və sözügedən layihəni sürətləndirmək üçün respublikanın bir neçə bölgəsində işlərin icrasınına başlanılıb. Həmçinin deyilib ki, müsabiqənin məqsəd və vəzifələri Azərbaycanın aqrobiomüxtəlifliyinin qorunması və ekolofi təmiz kənd təsərrüfatı məhsullarının əldə edilməsində məktəblilərin fəal iştirakının təmin edilməsi və bu sahədə onların bilik və bacarıqlarının genişləndirilməsidir.