YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyi və Xəzər Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə 15 İyun- Milli Qurtuluş Gününə həsr edilmiş ingilis dili fənni üzrə bilik yarışı keçirilib. 10-15 yaş arası orta məktəb şagirdləri arasında təşkil edilən tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Xəzər Təhsil Mərkəzinin rəhbəri Raqif Hüseynov şagirdlərə uğurlar diləyərək bilik yarışına start verib.
AP Gəncə şəhər Təşkilatının təşkilat şöbəsinin müdiri İsmayıl İsmayılov 15 İyun-Milli Qurtuluş Günü tarixinin əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat verib. Ulu öndərin böyük qayıdışının dövlətçilik tariximizin şanlı səhifəsini təşkil etdiyini bildirən İsmayıl İsmayılov qədirbilən xalqımızın böyük xilaskarının xidmətlərini unutmadığını, hər il Milli Qurtuluş Gününü yüksək əhval-ruhiyyə ilə qeyd etdiyini xüsusilə vurğulayıb.
Çıxışlardan sonra Raqif Hüseynov yarışın qaydaları və mövzuları barədə iştirakçıları məlumatlandıraraq bilik yarışına start verib.
Yarışda qalib gələn şagirdlər YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyi və Xəzər Təhsil Mərkəzi tərəfindən diplomlarla təltif ediliblər.