“Gəncə MDB-nin Mədəniyyət Paytaxtı - 2017” layihəsi çərçivəsində reallaşan seminara şəhərdə fəaliyyət göstərən orta ixtisas və ali təhsil müəssisələrində çalışan 140-a yaxın rus dili müəllimi qatılıb. Təlimləri institutunun professor və müəllim heyəti “Rus dilinin tədrisi metodikasının müasir aspektləri” mövzusunda keçirlər.
Seminar iştirakçılarına “Rus dilinin maarifləndirici portalı” da təqdim olunub. Portaldan istifadə qaydaları, orada olan resurslardan istifadə yolları təlim iştirakçılarına izah edilib. Təlimlərin yekununda Dövlət Rus Dili İnstitutu ilə Gəncə Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsinin imzalanması da nəzərdə tutulub.
A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun professor Ella Kitanina bildirib ki, seminarlarda rus dilinin tədrisi metodikasının müasir problemləri haqqında danışılır və ikidilli uşaqlarla işləməyin yolları müzakirə olunur. Belə uşaqlarla işləmək, onların rus dili bacarıqlarını artırmaq çox önəmlidir. Ella Kitanina əlavə edib ki, həmçinin məktəblərdə rus dilinin xarici dil kimi tədrisi mövzusu ətrafında da seminarda müzakirələr aparılır.
Gəncə şəhər Metodik Mərkəzin direktoru Söhrab Hacıyev vurğulayıb ki, bu qəbildən olan seminarlar davamlı şəkildə həyata keçiriləcək. Həmin mütəxəssislər eyni zamanda Gəncənin tədris müəssisələrində rus dilinin tədrisi ilə də tanış