Azərbaycan Texnologiya Universitetində 9 Noyabr – Bayraq Gününə həsr olunmuş İngilis dili fənni üzrə bilik yarışı keçiriləcək. Yarışda Gəncə şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 9, 10 və 11-ci sinif şagirdləri iştirak edəcəklər. Sonda yüksək nəticələr göstərən şagirdlərə müvafiq yerlər üzrə diplom və hədiyyələr təqdim olunacaq.