26.10.2017

Kurikulum mərkəzində İbtidai sinif müəllimləri üçün seminar

    Gəncə şəhər ümumtəhsil məktəblərində yeni işə qəbul olunmuş ibtidai sinif müəllimləri ilə dayaq məntəqəsində seminar keçirildi. Seminarda Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən vakansiya verilmiş yerlərə işə qəbul edilmiş gənc müəllimlərə illik planlaşdırmaların hazırlanması, sinif jurnallarının yazılması, sinfin idarə olunması və təşkili ilə bağlı metodiki tövsiyyələr verildi.