26.10.2017

Məktəblilərin kitab aləminə səyahəti

    Gəncə şəhər orta ümumtəhsil məktəb şagirdlərinin  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsinə ekskursiyası artıq ənənə halını alıb. Bu dəfə şəhərin 37 saylı tam orta məktəbin IV sinif şagirdləri Uşaq Kitabxanasında olub, kitabxananın zəngin fondu ilə tanış olublar. Şagirdlərdə kitaba maraq yaratmaq, mütaliə etməyə həvəsləndirmək məqsədi ilə təşkil edilən ekskursiyada kitabxananın əməkdaşları balaca qonaqları kitabxana və onun ayrı- ayrı şöbələrinin işi ilə yaxından tanış edib, yeni alınmış kitablar haqqında məlumat verib, səsli, diskli kitablardan danışıblar.

    XX əsr Azərbaycan Uşaq ədəbiyyatının inkişafında, formalaşmasında böyük xidmətləri olan S.S.Axundov haqqında verilən məlumat şagirdlər tərəfindən maraqla qarşılanıb. Yazıçının aydın, sadə üslubda əlvan boyalarla yazığı hekayələrindən nümunələr göstərilib.


Açar sözlər: ,