Gəncə şəhər Təhsil İdarəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”nin fərdi kateqoriyalar üzrə qalibi olmuş “Mən Əlaçıyam!” layihəsinin təqdimat mərasimi keçirilib.
Layihənin məqsədi, şagirdlərin təhsilə olan marağını artırılması, şagirdlərdə əlaçılıq rəqabətinin yaradılması və əlaçı şagirdləri ictimaiyyətə təqdim edərək, onların təhsilə vermiş olduqları dəyərin qiymətləndirilməsidir.
1 ay ərzində davam edəcək layihə çərivəsində, Gəncə şəhər orta ümumtəhsil məktəbliləri üçün test imtahanı təşkil ediləcək və imtahanlara 1700 şagirdin qatılması nəzərdə tutulub. Yüksək bal toplamış şagirdlərin fotoşəklindən ibarət irihəcimli bannerin şəhər ərazisində ictimaiyyətə təqdim ediləcək.
“Mən əlaçıyam” layihəsinin icraçı koordinatoru Firəngiz Mustafazadə bildirib ki, layihədə Gəncə şəhərində təhsil alan 5-11-ci sinif şagirdləri iştirak edəcək. Biz bu layihə ilə Təhsil nazirliyini və içtiami diqqəti şagirdlərin təhsilə olan marağına yönəltmək istəyirik.