27.11.2017

 XI sinif şagirdləri ilə görüş

    Azərbaycan Diplomatik Akademiyası Universitetinin nümayəndəsi məktəblərdə 11-ci sinif şagirdləri ilə görüş keçirir.

    Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2006-cı il tarixli, 488 saylı fərmanı ilə Xarici İşlər Nazirliyinin nəzdində təsis edilən Azərbaycan Diplomatik Akademiyası (ADA)-nın nümayəndəsi Tuncay xanımın rəhbərliyi ilə görüş keçirildi. Görüşdə əsas məqsəd ali məktəblərə hazırlaşan şagirdlərə universitetdə bakalavirat proqramının strukturu, intensiv ingilis dili proqramı, tələbələrin əsl peşəkar ixtisasçı kimi yetişdirilməsi haqqında ətraflı məlumat verməkdən, şagirdlərin marağını universitetə cəlb etməkdən ibarət idi .

    Bu cür görüşlər şagirdlərin universitet seçimində diqqetini toplamağa kömək edir .