27.11.2017

Gəncədə IX sinif şagirdləri üçün sınaq imtahanı keçirilib

    Gəncə şəhər orta ümumtəhsil məktəblərinin X sinif şagirdləri mərkəzləşdirilmiş qaydada test üsulu ilə yoxlama (sınaq) imtahanı veriblər. Sınaq imtahanı Təhsil Nazirliyi tərəfindən “Təhsildə müasir qiymətləndirmənin tətbiqi” ilə bağlı keçirilib.
    Yoxlama imtahanında 3101 şagird iştirak edib. Onlardan 2664 nəfəri azərbaycan, 437 nəfəri rus bölməsində təhsil alanlardır. 7 binada imtahanın şəffaf və obyektiv keçirilməsi üçün prosesə 132 nəzarətçi müəllim cəlb edilib.
    Gəncə şəhər Metodik Mərkəzin direktoru Zöhrab Hacıyev bildirib ki, əsas məqsəd təhsil müəssisələrində tədrisin keyfiyyətini yüksəltmək və dioqnostik qiymətləndirməsini həyata keçirməkdir. Bu da, gələcəkdə şagirdlərimizin buraxılış imtahanlarında yüksək nəticələr əldə etməsinə gətirib çıxardacaqdır.