28.11.2017

II,III,IV siniflər və məktəbəhazırlıq qruplarında təhsil alan şagirdlərin valideynləri üçün seminar

    27 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnvovasiyalar üzrə 1-ci qrant müsabiqəsi çərçivəsində Gəncə şəhəri Səməd Vurğun adına 41 saylı tam orta məktəktəbin müəllimi Arzu Kərimovun “ İbtidai siniflərdə təhsil alan şagirdlərin valideynləri üçün müasir təhsil sistemi ilə bağlı maarifləndirici seminarların təşkili” layihəsi çərçivəsində seminarlara start verildi. Layihənin rəhbəri Arzu Kərimovun verdiyi məlumata görə, layihənin əsas məqsədi valideynləri yeni ümumi orta fənn kurikulumu və məktəbdaxili qiymətləndirmə prosesini izah etməklə müasir təhsil sistemi haqqında maarifləndirməkdən ibarətdir. Bu məqsədə çatmaq üçün Gəncə şəhəri 41 saylı tam orta məktəbdə 1-ci siniflərdə təhsil alan şagirdlərin 25 nəfər valideyni üçün yarım günlük müasir təhsil sistemi ilə bağlı maarifləndirici seminar təşkil olunmuşdur. Nəticədə1-ci sinif şagirdlərinin valideynləri üçün “Valideyn Assosiasiyası” yaradılmış və səsvermə yolu ilə bu birliyin sədri və üzvləri seçilmişdir. Bu assosiasiyalar siniflər üzrə valideynlər üçün növbəti seminarlarda da təşkil olunacaqdır. 
    Seminarı təhsil üzrə ekspert Rövşən Bağırov davam etdirərək valideynlərə müasir təhsil sistemi,onun ənənəvi təhsil sistemindən fərqli cəhətləri, ümumi orta fənn kurikulumları, məktəbdaxili qiymətləndirmə, təhsildə valideynlərin rolu, məktəb-şagird-valideyn əlaqələrinin inkişafı haqqında geniş məlumat verərək valideynlərlə fikir mübadiləsi aparmış və valideyn assosiasiyasının formalaşması üçün səsvermə keçirmişdir. 
    Məlumat üçün bildiririk ki,bu seminarlar II,III,IV siniflər və məktəbəhazırlıq qruplarında təhsil alan şagirdlərin valideynləri üçün dekabr ayının 1-nə qədər olmaqla 5 gün davam edəcəkdir. 
    Layihənin icra müddəti 22 sentyabr – 22 dekabr 2017-ci il tarixlərini əhatə edir.