06.12.2017

Uşaq Evinin sakinləri ilə maraqlı anlar

    Azərbaycan Texnologiya Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə bir qrup tələbə Gəncə Uşaqlar Evinin qonağı olub.

    Görüş zamanı Uşaq Evinin kiçik sakinləri öz bacarıq və istedadlarını nümayiş etdirib, rəqs edib, bir sözlə vaxtlarını səmərəli keçiriblər. Tələbələr də xüsusi fəalliq göstərərək, uşaqlarla birlikdə şənlənib, əyləncəli oyunlar təşkil edib, Uşaq Evinin sakinlərinə unudulmayacaq xatirələrlə dolu bir gün yaşadıblar.


Açar sözlər: