“Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrasına uyğun olaraq məktəbimizdə keçirilən icbari tibbi müayinədə 9,10,11- ci sini şagirdləri iştirak edib. Təşkil olunan tibbi müayinədə əvvəlcə şagirdlər xüsusi avtomobildə ağ ciyərin rentgen müayinəsindən keçirilib. Ardındanpoliklinikanın müxtəlif ixtisaslı həkim briqadası şagirdlərin ümumi müayinəsini aparıb. Ümumi olaraq 499 nəfər şagird icbari tibbi müayinədən keçib. Müayinə zamanı şagirdlər arasında ciddi problemlər aşkar olunmayıb.
Bu cür dövlət proqramının icrası uşaqlar və valideynlər arasında maarifləndirmə işlərinin və xəstəliklərin ilkin profilaktikasının gücləndirilməsinə imkan yaradır.