06.12.2017

Şagirdlərimiz Gəncə Dövlət Universitetində bir gün keçirdilər .

    Təhsil naziri Mikayıl Cabbarovun 28 avqust 2017-ci il tarixli 261 №-li əmri ilə 2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi ilə bağlı məktəbimizdə keçirilən tədbirlərin davamı olaraq 8-ci sinif şagirdlərimiz Gəncə Dövlət Universitetində oldular . Şagirdlərimiz universitet müəllimlərinin fənn laboratoriyalarında apardıqları müxtəlif kimyəvi reaksialara baxmış , müəllimlərin mühazirələrini dinləmiş , sual-cavabda fəallıq göstərmişlər .

    Şagirdlərin ali təhsil ocaqlarında bu cür təcrübə keçmələri onlarda təhsilin keyfiyyətinin yüksəldilməsinə və eyni zamanda artıq uzun müddətdir davam edən universitet- məktəb əlaqələrimizin daha da inkişaf etməsinə zəmin yaradır .