06.12.2017

“Riyaziyyat gecəsi” Lütfi- Zadənin yaradıcılığına həsr edilib

    Gəncə şəhərində bütün sahələrdə olduğu kim təhsilin müasir standartlara uyğunlaşdırılması istiqamətində də son illərdə böyük uğurlar qazanılıb. Dövlət başçısı İlham Əliyevin, təhsilin inkişafına göstərdiyi diqqət və qayğı sayəsində qədim şəhərdə yeni məktəb binalarının inşası, onların tədris bazalarının gücləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi Gəncədə təhsilin uğurlu sabahına inamı daha da artırır. Ölkə başçısının noyabrın 10-da Gəncəyə səfəri çərçivəsində 1 saylı tam orta məktəbdə yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanışlığı Nizami yurdunda təhsil sahəsində böyük uğurlara nail olunmasına təkan verib.
    Şəhərdə aparılan genişmiqyaslı quruculuq işləri ilə yanaşı, təhsilə qayğı da daim diqqət mərkəzində olub. Belə ki, məktəb infrastrukturunun müasirləşdirilməsi, təhsil ocaqlarının əsaslı surətdə yenidən qurulması və təmir edilməsi, layihələrin gerçəkləşdirilməsi Gəncə təhsil işçilərinin qarşısında geniş perspektivlər açmaqla yanaşı, həm də böyük məsuliyyət qoyur. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin tapşırığı ilə ümumtəhsil məktəblərdə mütəmadi olaraq bütün fənlər üzrə monitorinqlər keçirilir. Bu baxımdan ümumtəhsil məktəblərdə dərslərin yüksək səviyyədə tədris edilməsində mühüm işlər görülür. Gənc nəslə fundamental biliklərin əsaslarını yeni üsullarla aşılamağa çalışan, informasiya texnologiyalarının mənimsədilməsi, şagirdlərin vətənpərvərlik ruhunun artırılması işində yüksək nəticələr əldə edən məktəblər və müəllimlər Gəncə təhsil sistemində yetərincədir. 
    Gəncə şəhər Nizami Gəncəvi adına 11 saylı tam orta məktəbdə şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə müxtəlif fənlərdən, o cümlədən riyaziyyat fənninin tədrisinə xüsusi diqqət yetirilir. 
    Məktəbdə ideyaları ilə dünya elmini zənginləşdirən, ixtiraları, nəzəriyyələri, axtarışları və yenilikləri ilə hamını heyrətə gətirən dünyaşöhrətli azərbaycanlı alim professor Lütfi - Zadənin yaradıcılığına həsr edilmiş “Riyaziyyat gecəsi” keçirilib 
    Məktəbin riyaziyyat müəllimi Lalə Həsənovanın V sinif şagirdləri ilə birlikdə hazırladığı “Riyaziyyat gecə”sində məktəbin müəllimləri ilə yanaşı valideynlər də iştirak ediblər.
    Tədbir Azərbaycan Dövlət Himninin şagirdlərin canlı ifasında səsləndirilməsi ilə başlayıb.
    Məktəbin direktoru Ulfət Məmmədova çıxış edərək son illərdə Gəncədə digər sahələrdə olduğu kimi təhsil sahəsində də qazanılan uğurların dövlət qayğısının nəticəsi olduöunu bildirib. Məktəb direktoru qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğının bəhrələri olaraq, Gəncə şəhərində təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində böyük uğurlar əldə olunub.
    Lalə Həsənova qeyd edib ki, məntiqi təfəkkür insanlara yalnız elmi fəaliyyətdə deyil, həyatın bütün sahələrində lazımdır.
    Şagirdlər riyaziyyata, məntiqə aid dünyaşöhrətli alimlərin maraqlı kəlamlarını söyləyib, məntiqi məsələ və misallar həll ediblər. Hətta tədbir iştirakçılarına məntiqi məsələ təklif edilib.Düzgün cavab verənlər mükafatlandırılıb.
    Müxtəlif peşə sahiblərinin riyaziyyat haqqında fikirləri, “Fənlərin mübahisəsi” adlı alleqorik səhnəcik, “Cəngi” sədaları altında şagirdlərin idman hərəkətləri, rəqəmlərin mübahisəsi səhnəsi tədbir iştirakçılarının alqışları ilə təqdim olunub. Şagirdlər rəqəmlərə aid şeirlər söyləib, milli geyimlərdə gözəl rəqslər ifa ediblər.
    Beşincilərin “Bir qalanın sirri” fimi əsasında hazırladıqları “Müasir Elşən və Mətanət” səhnəciyi tədbirə xüsusi rəng qatıb. 
    Tədbirdə fəqrlənən şagirdlərə məktəb rəhbərliyi tərəfindən Fəxri fərmanı təqdim edilib.
    Maraqlı keçən tədbir “Azərbaycan” mahnısının sədaları altında yekunlaşıb.