Görkəmli alim, akademik Həsən Əliyevin 110 illik yubileyi münasibətilə keçirilən “Məktəblilərin II respublika ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” müsabiqəsi başa çatıb.
Müsabiqəyə iki minə yaxın IV-XI sinif şagirdi qatılıb. Final mərhələsində məktəblilər il ərzində yetişdirdikləri ekoloji təmiz məhsulların nümunələrini nümayiş etdiriblər.
Tədbirdə Təhsil Nazirliyinin şöbə müdiri Vasif Məmmədov çıxış edərək ekoloji cəhətdən təmiz kənd təsərrüfatının inkişafı və Azərbaycanın aqrobiomüxtəlifliyinin qorunması sahəsində məktəblilərin maarifləndirilməsi baxımından müsabiqənin əhəmiyyətini xüsusi vurğulayıb.
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə qeyd edib ki, bu ilin yanvar-dekabr aylarında keçirilən müsabiqənin final mərhələsinə yüz məktəbli vəsiqə qazanıb. Ölkədə ilk dəfə məktəblilər tükənməkdə olan aqrar biomüxtəlifliyin toxum bankını yaradıblar.
Tədbirdə iştirak edən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin rəhbəri Patrik Şlyager ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik məsələlərinin müasir dünyamızda aktual olduğunu diqqətə çatdırıb.
Digər çıxış edənlər də məktəblilərə aqrobiomüxtəlifliyin qorunması işində uğurlar arzulayıblar. Tədbirdə, həmçinin belə maarifləndirici layihələrin zəruriliyi vurğulanıb.
Sonda münsiflər heyəti tərəfindən seçilən ən yaxşı təcrübəçilik işlərinin müəllifləri medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Bununla yanaşı, müsabiqədə qaliblərin əl işlərindən ibarət sərgi təşkil olunub.
Müsabiqəyə Gəncə şəhər ümumtəhsil məktəblərindən aşağıda adları göstərilən şagirdlər qatılıb:
1. Oruczadə Ələviyyə İslam oğlu-M.Fizuli adına 22 nömrəli tam orta məktəb
2. Oruczadə Muhamməd İslam oğlu-M.Fizuli adına 22 nömrəli tam orta məktəb
3.Alışzadə Zeynəb Elmir qızı-İ.Məmmədov adına 27 nömrəli məktəb-lisey
4. Bağırov Ayxan Mədəd oğlu-17 nömrəli tam orta məktəb
5. Əliyeva Mədinə Pərviz qızı-İ.Məmmədov adına 27 nömrəli məktəb-lisey
6. Mehdiyeva Aysel Asəf qızı-3 nömrəli tam orta məktəb
7. Rzayeva Günel Vahid qızı-3 nömrəli tam orta məktəb
8. Kərimova Süsənbər Arzu qızı-3 nömrəli tam orta məktəb
9. Həmziyev Şahsuvar Rövşən oğlu-3 nömrəli tam orta məktəb
10. Kərimov Əsgər Pərvaz oğlu- (kollektiv 3 nəfər) Musayev İbrahim, Barin Gülşah-M.Hadi adına 10 nömrəli tam orta məktəb
II Respublika müsabiqəsinin final mərhələsində Bağırov Ayxan Mədəd oğlu "Balaca fermer" üzrə I yerin, Həmziyev Şahsuvar Rövşən oğlu "Arıçılıq" üzrə III yerin qalibi olmuşdur.