19.12.2017

“Akademik Həsən Əliyevi tanıyaq” mövzusunda  təqdimat müsabiqəsi

    Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin şagirdləri  “Akademik Həsən Əliyevi tanıyaq” mövzusunda keçirilən təqdimat müsabiqəsinin qalibləri olublar .

    Azərbaycanın görkəmli təbiətşünas alimi, respublika Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, akademik Həsən Əlirza oğlu Əliyevin anadan olmasının 110 illiyi ilə əlaqədar 15 dekabr 2017-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsində Gəncə şəhərinin orta məktəb şagirdləri arasında “Akademik Həsən Əliyevi tanıyaq” mövzusunda təqdimat müsabiqəsi keçirilib. Müsabiqədə şəhərimizin müxəlif məktəblərindən 80 şagird iştirak edib. Məktəbimizin şagirdləri öz təqdimatlarını üç dildə , Qurbanova Fəridə ( 7-ci sinif ) Rus dilində, Əhmədova Ayşən ( 8-ci sinif ) İngilis dilində , Hüseynova Şəfiqə ( 8-ci sinif ) Azərbaycan dilində, təqdim ediblər . Müsabiqədə şagirdlərin təqdimatları münsiflər heyəti tərəfindən qiymətləndirilib. Bizim məktəbin şagirdləri Fəridə Qurbanova 1-ci yerə və Ayşən Əhmədova 3-cü yerə layiq görülüblər.

    Müsabiqədə ilk yerləri tutan şagirdlərə diplom və hədiyyələrlə yanaşı “Akademik Həsən Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin məzunudur” adlı kitab, digər iştirakçılara , həmçinin , 8-ci sinif şagirdimiz Hüseynova Şəfiqəyə müsabiqədə iştirakına görə sertifikatlar təqdim olunub.