Açıq dərs - müəllim tərəfindən təlim–tərbiyənin keyfiyyətcə yüksəldilməsinə, yenilklərin tətbiq edilməsinə yönəlmis dərs nümunəsinin təqdim etməsidir.
Açıq dərs adi, gündəlik dərslərdən bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Bunlar aşağıdakılardır:
- Müəllim və şagirdlərlə yanaşı sinif otağında başqa şəxs və ya şəxlər də müşahidəçi kimi iştirak edir.
- Dərsin kecirilməsi günü, saatı, yeri, mövzusu və məqsədi, həmçinin müşahidəçi kimi iştrak edəcək şəxlərin tərkibi əvvəlcədən planlaşdırılır.
- Müəllim dərsdə şagirdlərə yönəlmiş məqsədilə yanaşı, iştirak edən müşahidəçi şəxslər üçün nümunə göstərilə biləcək bir dərs keçir.
Məhz buna görə də müəyyən araşdırmalar aparmadan sıradan hər kəsin açıq dərs verməsini tələb etmək və ya istənilən hər kəsin təşəbbüsü ilə açıq dərsin verilməsi məqsədəmüvafiq deyildir.
Aşağıdakı kateqoriyadan olan şəxslərin açıq dərs verməsi məqbul hesab edilir:
- Yüksək təlim keyfiyyəti əldə edən müəllimlər;
- Hansısa kursdan,treninqdən qayıdan müəllimlər;
- Hansısa qabaqcıl təcrübəni öyrənən müəllimlər;
- Məktəbin hansısa qabaqcıl təcrübəsini ümumiləşdirən müəllimlər.