4 Fevral 2018-ci il tarixdə Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində Respublika fənn olimpiadalarının şəhər mərhələsi keçirildi . Olimpiadaların keçirilməsinin məqsədi istedadlı uşaqları aşkara çıxarmaq, şagirdlərdə fənlərə olan marağı artırmaq, bilik və bacarıqlarını nümayiş etdirmələrinə kömək göstərməkdir.
Olimpiada səkkiz fənn - riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri üzrə keçirildi. Bilik yarışının birinci mərhələsinə 1180 nəfər şagird qatıldı.
2017-2018-ci dərs ili ən çox iştirakçı 270 nəfər şagird olmaqla riyaziyyat fənnindən, 254 nəfər şagird olmaqla Azərbaycan dili və Ədəbiyyatı fənnindən oldu.
Respublika fənn olimpiadasının şəhər mərhələsində iştirak etmiş məktəblilərdən 430 nəfəri IX (onların arasında xüsusi istedadı və hazırlığı ilə seçilən VIII sinif şagirdləri də var), 439 nəfəri X, 311 nəfəri isə XI sinif şagirdidir.
Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, hər fənn və hər sinif üzrə ən azı 60 faiz nəticə göstərən ən yaxşı üç şagird respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanacaq.