12.02.2018

“Ədəbiyyat biliciləri” müsabiqəsi 

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” 16 dekabr 2014-cü il tarixli 1279 nömrəli əmrinə uyğun olaraq, ötən illərdə keçirilmiş “Ədəbiyyat biliciləri” müsabiqəsinin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması və onların mütaliəyə meyil və maraqlarının gücləndirilməsində əhəmiyyətli rol oynadığını nəzərə alaraq, ümumtəhsil məktəblilərinin VIII-XI sinif şagirdləri arasinda müsabiqə keçirılir. Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin şagirdləri arasında "Ədəbiyyat biliciləri" müsabiqəsinin şəhər mərhələsi Səməd Vurğun adina 41№li tam orta məktəbdə keçirildi, Şəhər mərhələsində ümumtəhsil məktəblərindən 156 nəfər şagird iştirak etdi.


Açar sözlər: ,