Azərbaycan Respublikası Təhsil Nazirliyi Nazirlər Kabinetinin "Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında" 11.07.2016-cı il tarixli 271 nömrəli qərarının icrası ilə əlaqədar "Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası" mövzusunda TİPİİ institutu tərəfindən ixtisasartırma təlimlərinə start verildi.
Təlimin məqsədi dərsdinləmələr zamanı müəllimlərin dərs prosesində qarşılaşdıqları problemləri aşkarlayıb onlara metodiki köməklik göstərməkdir. Bununla bağlı təlim öncəsi Gəncə Şəhər Təhsil İdarəsinin akt zalında metodistlər və mentorlar tərəfindən seminar keçirildi.