01.03.2018

3 şagird respublika mərhələsinə vəsiqə qazanıb

    Gəncədə şəhər orta ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilib.

    Şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək məqsədi ilə keçirilən müsabiqənin şəhər mərhələsində 156 şagird iştirak edib.     Oxuduqları sinif fərqi nəzərə alınmaqla onlara Azərbaycan və dünya ədəbiyyatı haqqında biliklərinin aşkara çıxarılması, oxuduqları bədii əsərlərin ictimai mahiyyəti, insanların mənəvi tərbiyəsində rolu və ədəbiyyat tarixində yeri ilə bağlı məsələlərin hansı səviyyədə dərk olunmasını əhatə edən iki variant üzrə 12 açıq sual verilib. Həmçinin müsabiqə iştirakçıları verilən mövzu üzrə esse yazıblar.
    Müsabiqədə iştirak edən şagirdlərdən 20 nəfəri müsahibə mərhələsində iştirak etmək hüququ əldə edib. Müsahibə mərhələsindən keçən 3 şagird respublika mərhələsində iştirak hüququ qazanıb.

 

 


Açar sözlər: