Gəncə şəhər 2 saylı uşaq bağçasının uşaqları Xocalı sakinləri üçün salınan qəsəbədə ucaldılan Xocalı abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.
Balaca vətənpərvərlər əvvəlcə torpaqlarımızın və ərazi bütövlüyümüzün qorunması yolunda canlarından keçmiş şəhidlərimizin, Xocalı faciəsi qurbanlarının ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Bağçanın müdiri Aidə Səfərova Xocalı hadisələri haqqında məlumat verərək, ermənilərin zaman-zaman Azərbaycan xalqının başına açdığı müsibətlərdən, 26 il əvvəl ermənilərin Xocalıda törətdikləri vəhşiliklərdən danışıb. Aidə Səfərova balacalara XX əsrin sonunda baş vermiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olduğunu bildirilib.
Balacalar Xocalı ilə əlaqədar səhnəciklər təqdim edib, şeirlər söyləyərək, müxtəlif ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.