30.03.2018

Gəncə məktəblilərdə xoş təsir bağışlayıb

    Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya keçirilib.

    Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyada iştirak edən Abşeron, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, İmişli və Füzuli rayonlarından olan şagirdlər martın 27-də Gəncənin tarixi abidələri, müqəddəs məkanları, mədəniyyət mərkəzləri, eləcə də son illərdə inşa edilən turizm və istirahət məkanları ilə tanış olublar.