12.04.2018

Gəncədə fənn olimpiadalarının zona mərhələsi keçirilib

        Gəncə şəhər Təhsil idarəsindən fənn olimpiadalarının zona mərhələsində Gəncə, Goranboy, Göygöl, Samux, Xocalı ümumtəhsil məktəblərindən zona mərhələsinə vəsiqə qazanmış 282 şagird iştirak edib. M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbdə keçirilən zona mərhələsində IX, X və XI sinif şagirdləri səkkiz fənn – riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri üzrə biliklərini sınayıblar.