12.04.2018

Aprel şəhidləri tariximizin şanlı səhifəsidir

     Gəncə şəhər 4 saylı tam orta məktəbinin müəllim və şagird kollektivi Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olmuş kapitan Quliyev İnqilab Çingiz oğlunun ailə üzvləri ilə görüş keçirib. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bildirilib ki, canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb, qanı ilə yazan şəhidlər illər, əsrlər keçsə də xalq tərəfindən heç vaxt unudulmur. Şəhid atası Çingiz Quliyev çıxış edərək dövlət tərəfindən şəhidlərə, onların ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlığını bildirib.

 


Açar sözlər: ,  ,  ,