Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Gəncə Şəhər Təhsil İdarəsi, Gəncə Uşaq – Gənclər İnkişaf Mərkəzinin təşkilatı dəstəyi ilə 10–17 yaş arasında olan uşaq və gənclər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş respublika təsviri sənət müsabiqəsində iştirak etdilər.
Keçirilən müsabiqənin əsas məqsədi uşaq və gənclərdə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə olan marağı, yaradıcılıq qabiliyyətlərini üzə çıxarmaqdır. Müsabiqədə II zona üzrə- Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy, Goranboy, Göygöl, Samux, Bərdə, Daşkəsən, Tərtər, Yevlax, Naftalan, Mingəçevir, Kəlbəcər, Xocalı, Xocavənd ümumtəhsil məktəblərin şagirdləri iştirak etdi.
Müsabiqədə 18 şəhər və rayonun, 53 məktəbindən 103 əl işi sərgidə nümayış olundu. Təsviri sənət müsabiqəsində bütün yaş kateqoriyalarında ilk üç qalib və bir həvəsləndirici yerlər seçilib. Qaliblər Təhsil Nazirliyi tərəfindən təqdim olunmuş diplom və hədiyyələr ilə mükafatlandırıldı.
0-13 yaş üzrə
I yer-Vəliyeva Fidan Tahir qızı-Tərtər rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi (13 yaş)
II yer-Məhərrəmli Zöhrə Elşad qızı-Samux rayon 1 nömrəli məktəb (12 yaş, VI sinfi)
III yer-Xəlilova Nurcan Elsevər qızı-Şəmkir şəhər Şiştəpə kənd tam orta məktəb (13 yaş, VII C sinfi)
Həvəsləndirici yer-Verdiyeva Nigar Xeyrəddin qızı-Göygöl şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzi (13 yaş VI sinf)
14-17 yaş üzrə
I yer-Həmzəyeva Fatma Ədalət qızı-Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzi (17 yaş)
II yer-Qasımova Xatun Eldar qızı – Yevlax şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzi (17 yaş)
III yer-Quliyeva Nazilə İbrahim qızı – Gəncə şəhər 31 nömrəli tam orta məktəb (VIII sinfi)
Həvəsləndirici yer-Rüstəmova Aydan İsmayıl qızı-Gəncə şəhər 42 nömrəli tam orta məktəb ( IX sinfi, 16 yaş)