Gəncə şəhər 42 saylı tam orta məktəbin şagirdləri hər kəsə örnək olacaq bir addım atıblar. Onlar “Təbiəti qoruyaq” adı altında iməclik keçirərək, məktəbin həyətindəki ağaclara qulluq edib, məktəbyanı sahəni daş-kəsəkdən, alaq otlarından təmizləyib, ağacların quru budaqlarını kəsərək, diblərinı yumşaldıb, əhəng məhlulu ilə ağacların gövdəsini ağardıblar.
Zəhmətkeş şagirdlər həmçinin, sinif otaqlarında da təmizlik işləri apararaq gül dibçəklərini sulayıb, dibçəklərdə güllər əkiblər.