Gəncə şəhəri M. Ş. Vazeh adina 16 saylı tam orta məktəbdə pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması məqsədi ilə “Açıq qapı“ günü keçirilib. Tədbirdə Gəncə, Göygöl, Kəlbəcər ümümtəhsil məktəblərin qabaqcıl iş təcrübəsinə malik müəllimləri iştirak edib və 138 saat açıq dərs dinlənildi.
Qonaqlar həmçinin məktəbin kollektivi ilə yaxından tanış olub, fənn kabinetləri, kitabxana və idman zalına baxış keçiriblər.
“Açıq qapı” günü elektron dərslər və qabaqcıl müəllimlərin ustad dərsləri dinlənilib.
“Müasir müəllimin, müasir dərsə hazırlığı” mövzusunda dəyirmi masada təlim nailiyyətləri, idarəetmə məsuliyyətinin bölüşdürülməsi qaydaları, metodik işin təşkili, fənn kurikulumunun tətbiqi sahəsində aparılan pedaqojı proseslər müzakirə edilib.