31.08.2018

Məzunlarımız yüksək nəticə əldə ediblər

2017-2018-ci tədris ili üzrə Gəncə şəhər Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin məzunlarından 1824 nəfəri qəbul imtahanlarında iştirak ediblər. Onlardan 1105 nəfəri ali təhsil müəssisələrinə qəbul olublar.

Qəbul imtahanlarında 358 məzun 200-300, 461 məzun 300-500, 174 məzun 500-600, 90 məzun 600-700 intervalda, 1 məzun isə maximum nəticə- 700 bal toplamışdır.


Açar sözlər: ,