06.09.2018

Ümumtəhsil məktəblərində 2018-2019-cu dərs ilinin ilk dərs məşğələləri müxtəlif mövzularda aparılacaq

Azərbaycan Respublikasi Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən, Ümumtəhsil məktəblərində 2018-2019-cu dərs ilinin ilk dərs məşğələləri ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri-müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti-dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunacaq.

Yeni tədris ilinin ilk dərslərində aidiyyəti təşkilatların nümayəndələrinin, müharibə və əmək veteranlarının, məktəbin sabiq məzunlarının iştirakı təmin ediləcək. 


Açar sözlər: ,  ,