26.09.2018

“Son iclas” bədii-sənədli filminin nümayişi keçirilib

Gəncə şəhər M.Qasımov adına 23 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Son iclas” bədii-sənədli filminin nümayişi keçirilib. Heydər Əliyev Fondunun dəstəyi və “BP Azərbaycan” şirkətinin sponsorluğu ilə hazırlanan ekran əsəri 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına həsr olunub.


Açar sözlər: ,