Gəncə şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə 27 sentyabr 2018-ci il tarixdə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə II qrant müsabiqəsinin qalibi - Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə "Yuxarı sinif şagirdlərinin kimya, fizika və biologiya fənlərinə olan marağın artırılması məqsədi ilə ümumşəhər bilik yarışlarının təşkili" layihəsinin təqdimatı keçirildi.
Gəncə şəhərində fəaliyyət göstərən 46 tam orta məktəb arasında Kimya, Biologiya və Fizika fənləri üzrə təşkil olunacaq "Breyn Rinq" bilik yarışının iştirakçılarının sayı müəyyənləşdirildi. Yarışda 300 nəfər şagird iştirak edəcəkdir. Açılışda həmçinin yarışın təşkilat komitəsi və ekspert heyəti seçildi. Hər məktəbdən 1 nəfər müəllim olmaqla 46 nəfər müəllim seçildi.