Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin ingilis-fransız dilləri müəllimi işləyən Vəliyeva Raifə İsmayıl qızı, 2 fevral 1964-cü ildə Goranboy şəhərində ziyalı ailəsində anadan olub. 1966-cı ildən ailəsiylə Gəncə şəhərində yaşayır. 1971-ci ildə Gəncə şəhərindəki 28 nömrəli tam orta məktəbin 1-ci sinfinə gedib, 1981-ci ildə həmin məktəbi bitirib. Eyni ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna daxil olub. 1986-cı ildə həmin institutun ingilis və fransız dilləri fakultəsini bitirib, təyinatla Goranboy rayonunun Qaradağlı kənd orta məktəbində fransız dili müəllimi işləyib.
1988-ci ildən indiyə kimi Gəncə şəhəri 1 №-li tam orta məktəbdə ingilis və fransız dilləri müəllimi kimi fəaliyyət göstərir. 2000-2001-ci illərdə Gəncə Universitetində, 2001-2003-cü illərdə Aqrar Universitetin dillər kafedrasında ingilis dili müəllimi işləyib.
2002-ci ildə ABŞ Dövlət Departamentinin təsis etdiyi “İngilis dili və Amerikaşünaslığın tədrisində Yüksək Mükafatlar” (TEA) proqramında iştirak edib 1-ci mərhələnin qalibi olub. 2003-cü ildə həmin proqramın 2-ci mərhələsinin, 2004-cü ildə TEA proqramın 3-cü mərhələsinin qalibi olaraq ABŞ-ın Kaliforniya ştatındakı Çiko Dövlət Universitetində təhsil almışdır.
2004-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil İslahatı Layihəsinin “Dərsin Kliniki Müşahıdəsi və Tədris Keyfiyyətinin Artırılması” komponenti çərçivəsində həyata keçirilmiş treninq, dərslərin müşahidələri və seminarda iştirak etmişdir.
2003-2005-ci illərdə məktəbim üçün yazdığım proyektin əsasında ABŞ Sülh Korpusunun könüllüsü Tara lyon ilə tərəfdaş müəllim kimi işləyib. Tara Lyon ilə çalışdığım müddətdə ABŞ Səfirliyindən kiçik qrant alaraq məktəbdə “İngilis dili resurs mərkəzi” yaradılıb. 2005-ci ildə Sülh korpusu və gənc müəllimlərin dəstəyi ilə məktəbin şagirdləri üçün təşkil edilən “İngilis dili yay düşərgəsi”ndə mentor-müəllim işləyib.
2005-ci ildə Sülh Korpusunun təşkil etdiyi “Layihələrin hazırlanması və həyata keçirilməsi” üzrə seminarda iştirak etmişdir.
2005-2006-cı illərdə ABŞ-ın Azərbaycandakı Səfirliyinin baş təhsil məsləhətçisi Eddi McGee ilə əməkdaşlıq etmişdir. 2005-ci ildə məktəb üçün Project Harmony təşkilatına proyekt yazmış və nəticə olaraq məktəbə internet xətt çəkilib.
ABŞ təhsilli azərbaycanlılar assosiasiyasının (AAA) üzvü olduğu üçün mütamadi olaraq Assosiasiyanın təşkil etdiyi konfrans və seminarlarda iştirak edir. 2010-cu ilin mayında ABŞ Dövlət Departamenti, İREX və Azərbaycan Dillər Universitetinin “İnformasiya Resurs Kompleksi”-nin birgə layihəsi olan “Yaradıcı Metodologiya” təlim kursunda iştirak etmişdir. Həmin ilin iyun ayında ABŞ Dövlət Departamenti və İREX təşkilatının birlikdə təşkil etdiyi “Uğurlu Təhsil Liderliyi” konfransında iştirak etmişdir. 2010-cu ilin oktyabr ayında ABŞ Dövlət Departamenti və İREX təşkilatının birlikdə təşkil etdiyi “Yaradıcı Tədris Metodları” konfransında iştirak etmişdir.
2005, 2008, 2010, 2013 və 2018-ci illərdə Prezident və Milli Məclisə seçkilərdə ATƏT müşahidəçilərinin tərcüməçisi işləmişdir.
2008-2014-cü illərdə TQDK-nın nəzarətçi müəllimi olmuşdur.
2012-ci ildə Beynəlxalq Təhsil üzrə Amerika Şurasının “Gənc Liderlik” (YLP) proqramının qalibi kimi Vaşinqton Universitetində təhsil almışdır.
2013-cü ildə Fransanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Fransız Universitetinin birgə təşkil etdiyi “Fransız Kəndi 2013” seminarında iştirak etmişdir.
2013-2014-cü illərdə Azərbaycan ingilis dili müəllimləri assosiasiyası (AzETA) və Turan İnkişaf Mərkəzinin birgə layihəsi olan “İngilis dili yay düşərgəsi”ndə mentor müəllim işləmişdir. Layihə Gəncə şəhər İcra Hakimiyyəti və Gəncə şəhər Təhsil İdarəsinin dəstəyi ilə həyata keçirilirdi.
2015-ci ilin dekabrinda Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi orta məktəb müəllimlərin diaqnostik qiymətləndirilməsində 58 bal (97%) toplayaraq məktəb birincisi olub.
2015-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Britaniya Şurası, Microsoft və MƏDƏD təşkilatının “İngilis dili müəllimlərinin sertifikatlaşdırılması” birgə layihəsində uğurla iştirak etmişdir.
2015-2016-cı tədris ilində Gəncə şəhər Təhsil İdarəsinin keçirdiyi “Qabaqcıl xarici dil müəllimləriinin birinci şəhər forumu”nda “Mənim uğur hekayəm” məvzusunda çıxış edib. 2017-ci ildə Gəncə şəhər Təhsil İdarəsinin keçirdiyi seminarda “İngilis dilinin tədrisində şifahi nitqin inkişafı” mövzusunda təlim keçib.
Mən 2002-ci ildən AzETA-nın üzvü kimi assosoasiyanın Gəncə şöbəsi ilə yaxından əməkdaşlıq edərək, vaxtaşırı ingilis dili müəllimləri üçün təlimlər verir.
2018-ci ilin yazında ABŞ-ın Ayova Dövlət Universitetində “İngilis dili dərslərində təhsil texnologiyalarından istifadə” kursunda onlayn təhsil almışdır. 2018-ci ilin yayında ABŞ-ın Arizona Dövlət Universitetində Amerika ingilis dili e-müəllim proqramının “Təlimçi müəllimlərin professional inkişafı” onlayn kursunu müvəffəqiyyətlə bitirib.
4 oktyabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla “Tərəqqi” medalı ilə təltif olunub.