23.10.2018

Gəncə şəhər V. Veysəlov adına 30 nömrəli tam orta məktəbin direktoru "Əməkdar müəllim" adına layıq görülmüşdür

Həsənov İlham Musa oğlu 1955-ci il may ayının 22-də Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1962-ci ildə Gəncə şəhərində 15 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub, 1972-ci ildə 27 nömrəli tam orta məktəbin 10-cu sinfini müvəffəqiyyətlə bitirmişdir. Elə həmin il keçmiş H. Zərdabi adına Kirovabad Dövlət Pedoqoji İnstitutunun ( indiki gəncə Dövlət Universitetinin) tarix fakültəsinə qəbul olmuş və 1976-cı ildə həmin fakültəni qırmızı diplomla bitirmişdir. İlham müəllim 1976-cı ilin noyabr ayından 1982-ci ilin yanvar ayına kimi Gəncə şəhəri İ. Qayıbov adına 1 nömrəli tam orta məktəbdə əvvəlcə tarix müəllimi, sonralar Tərbiyə İşləri Üzrə Direktor müavini ( Təşkilatçı) vəzifəsində işləmişdir. Hələ gənc ikən 1981-ci ilin oktyabr ayının 16-da ona keçmiş SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə “ Əmək İgidliyinə görə” medalı verilmişdir. Həmin medalı İlham müəllimin sinəsinə şəxsən Ulu Öndər Heydər Əliyev özü asmışdır. Yaxşı işinə görə 1982-ci ilin yanvar ayından İlham müəllim irəli çəkilərək 1992-ci ilin may ayına qədər Gəncə şəhəri Nizami rayon Maarif Şöbəsinin məktəb İnspektoru vəzifəsində işləmişdir.

1992-ci ilin may ayından 1997-ci ilin mart ayına kimi Gəncə şəhəri 31 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışmış və sonra 1997-ci ilin mart ayından 2011-ci ilin oktyabr ayına kimi yenidən həmin məktəbdə ixtisası üzrə tarix müəllimi işləmişdir. 2011-ci ilin oktyabr ayından hal-hazıra kimi Gəncə şəhəri V. Veysəlov adına 30 nömrəli tam orta məktəbin direktorudur. Xatırladaq ki, İlham müəllim 30 nömrəli məktəbə direktor təyin olunanda məktəbdə 19 sinif 333 nəfər şagird var idisə, bu gün məktəbdə 39 sinif 962 nəfər şagird təhsil alır. İlham müəllim, burada da səmərəli fəaliyyətinə görə 2016-cı ilin may ayının 4-də Azərbaycan Respublikası Təhsil Nazirinin fəxri fərmanına layiq görülmüşdür. Bu il məktəbin məzunu Balayev Altun Cəmşid oğlu 695 bal toplayaraq Bakı Ali Neft məktəbinə qəbul olmuşdur. O, bir sözlə 42 illik pedoqoji fəaliyyətində gənc nəslin təlim –tərbiyəsi üçün əlindən gələni əsirgəməmişdir.

İlham müəllimin çoxlu sayda yetirmələri bu gün müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin inkişaf etdirilməsində iqtisadiyyatın bütün sahələrində fəal iştirak edirlər. Təkcə onu demək kifayətdir ki, hazırda Gəncə şəhərində 10-a yaxın məktəb direktorları İlham müəllimin şagirdləri olmuşlar. Elə bütün bu, müsbət keyfiyyətlərinə görə təhsil sahəsində əzmlə çalışdığına və fədakar əməyini nəzərə alaraq 4 oktyabr 2018-ci il müəllim günü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə ona Azərbaycan Respublikasının “ Əməkdar müəllimi “ fəxri adı verilmişdir. Bütün bunlarla yanaşı İlham müəllim gözəl şairdir. 7( yeddi) şeirlər kitabının müəllifidir. Şeirlərinə musiqilər bəstələnmişdir.

O, Azərbaycan Yazıçılar Birliyinin Üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Üzvü və Azərbaycan Aşıqlar Birliyinin üzvüdür. “ Qızıl qələm” media mükafatı laureatıdır. 2017-ci il Prezident mükafatçısıdır. 1995-ci ildən YAP-ın üzvüdür


Açar sözlər: