14.11.2018

"Payız düşüncələrim" adlı sərgi təşkil olunub

Noyabrın 14-də Gəncə şəhər 18 nömrəli tam orta məktəbdə "Payız düşüncələrim" adlı sərgi təşkil olunub.

Sərgidə məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak ediblər. Sərginin keçirilməsində məqsəd şagirdlərin ətraf aləm barədə təfəkkürünü, yaradıcı düşünmə qabiliyyətini inkişaf etdirmək, sağlam rəqabət aparmaq bacarıqlarını ön plana çıxarmaqdan ibarət olub.

Sərgidə sərgilənən əl işlərinin şagirdlər tərəfindən böyük həvəs və maraqla qarşılanıb. Məktəbin foyesində təşkil olunan sərgi noyabr ayının sonunadək davam edəcək.


Açar sözlər: ,  ,  ,