15.11.2018

“Sülhü qoruyaq” adlı tədbir keçirilib

Gəncə şəhər Uşaq Gənclər İnkişaf Mərkəzində “İngilis dili” dərnəyinin üzvləri tərəfindən “Sülhü qoruyaq” adlı tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd sülhün, sabitliyin, əmin-amanlığın, tolerantlığın, humanizm və xeyirxahlığın təbliğ etdirilməsi olub.

“Sülhü qoruyaq” adlı tədbirdə dərnək üzvləri müxtəlif səhnəciklərlə çıxış ediblər. Sonda isə “Qırmızı papaq”ın nağılı səhnəciyi  maraqla qarşılanıb.


Açar sözlər: ,  ,