Gəncə şəhər ümumtəhsil məktəblərində fəaliyyət göstərən müəllimlər üçün “Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası” mövzusunda ixtisasartırma kursları həyata keçirilir.
Təlimlərin məqsədi müəllimlərin peşəkarlıq səviyyəsini artırmaq, məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları, yazı işinin təşkili, oxu strategiyaları, sinfin idarə edilməsi və s. ilə bağlı zəruri bilik və bacarıqlarını inkişaf etdirməkdir. 500-dən çox müəllimin cəlb olunduğu təlimlər iki mərhələdə keçiriləcək.
Xatırladaq ki, təlimlərin monitorinqi və qiymətləndirilməsi Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən aparılacaq və yekun qiymətləndirmənin nəticələrinə əsasən müdavimlərə dövlət nümunəli sertifikatlar veriləcəkdir.