Gəncə şəhər 1 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən Dayaq məntəqəsində ibtidai sinif metodbirləşmə rəhbərləri üçün növbəti seminar keçirilib.
Seminarda “Metodbirləşmə rəhbərlərinin işinin təşkili” və “Sinfin idarə olunması” ilə bağlı məruzələr dinlənilib. Məktəbdaxili qiymətləndirmənin aparılması və yeni dərsliklərlə bağlı geniş müzakirələr aparılıb.