Gəncə şəhər Uşaq Gənclər İnkişaf Mərkəzində (UGİM) “Uşaq hüquqlarının müdafiəsi” adlı tədbir keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai – siyasi məsələlər üzrə müavini Sevda Qurbanəliyeva, Təhsil İdarəsinin əməkdaşları, UGİM-nin və məktəbəqədər təhsil müəssisələrin kollektivi iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd şagirdləri asudə vaxtının səmərəli təşkili və onlara uşaq hüquqları barədə məlumat verməkdən ibarət olub.
UGİM-nin Toxuculuq və Bacarıqlı əllər dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgi tədbir iştirakçılarının marağına səbəb olub. Daha sonra Dövlət Himninin səsləndirilməsi ilə tədbirin bədii hissəsi açıq elan edilib. UGİM-nin Rəqs və Musiqisevərlər dərnəyinin üzvləri səhnəciklərlə çıxış ediblər. Tədbirdə həmçinin Gəncə şəhərində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin kollektivi də müxtəlif səhnəciklərlə çıxış ediblər.