23.11.2018

Bəxtiyar Vəhabzadənin həyat və yaradıcılığına həsr edilən tədbir keçirilib

Noyabrın 23-də Gəncə şəhər 10 nömrəli tam orta məktəbdə Bəxtiyar Vəhabzadənin həyat və yaradıcılığına həsr edilmiş dəyirmi masa keçirilib.

Dəyirmi masanın keçirilməsində məqsəd şagirdlərə xalq şairinin fəaliyyəti və əsərləri barədə məlumat verməkdən ibarət olub.

Tədbirdə çıxış edənlər Bəxtiyar Vahabzadənin Azərbaycan poeziyasının inkişafındakı xidmətlərindən danışıblar. Bildirilib ki, Bəxtiyar Vahabzadə nəinki Azərbaycanın, eləcə də bütün Türk dünyasının ən qüdrətli söz ustalarından biri olub. Onun əsərləri Azərbaycanda olduğu kimi, Türkiyədə də, türkdilli ölkələrdə də sevə-sevə oxunur.

Sonda şagirdlər B.Vahabzadə yaradıcılığından müxtəlif şeirlər səsləndiriblər.


Açar sözlər: ,  ,  ,