26.11.2018

Ümumi təhsil məktəbləri arasında idman növləri üzrə respublika çempionatının şəhər mərhələsi yekunlaşıb

Gəncə şəhər ümumi təhsil məktəbləri arasında idman növləri üzrə respublika çempionatının şəhər mərhələsi yekunlaşıb.

Məktəblər arasında respublika çempionatının keçirilməsində məqsəd ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsidir. Eyni zamanda birgə əmri imzalayan hər bir qurumun potensialından və koordinasiya imkanlarından istifadə etməklə çempionatın keçirilməsi nəticəsində idmanda kütləviliyin təmin olunması, yüksək nailiyyət və uğurların qazanılmasıdır.

Qeyd edək ki, “Məktəblər arasında respublika çempionatı” cari ilin sentyabrın 26-da Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir.

Müxtəlif idman növləri üzrə keçirilən yarışın qalibləri təhsil idarəsinin nümayəndələri tərəfindən diplomla təltif olunublar.


Açar sözlər: ,  ,  ,