29.11.2018

Məktəbdaxili riyaziyyat və məntiq olimpiadası keçirilib

Gəncə şəhər 25 nömrəli tam orta məktəbdə riyaziyyat və məntiq olimpiadası keçirilib.

Olimpiadanın keçirilməsində məqsəd V sinif şagirdləri arasında riyaziyyat fənnini sevən, istedadı olan, eyni zamanda məntiqi güclü olan uşaqları üzə çıxarmaq, eləcə də onlarla mütəmaddi məşğul olmaqdan ibarət olub. Bundan başqa, 3 turu keçən şagirdlər, məktəbdə yaradılacaq "Pi" riyaziyyatçılar klubunun üzvləri olacaqlar və bu klub öz əhatəsini genişləndirərək, davamlı məşğələlər, layihələr təşkil edəcək.

Olimpiada 3 turdan ibarət olmaqla həyata keçirilir. Olimpiadaya 73 şagird qatılıb, iştirakçılardan 37 şagird ikinci turda iştirak etmək hüququ qazanıb. Məlumat üçün bildirək ki, növbəti tur dekabrın 4-də keçiriləcək.


Açar sözlər: ,  ,  ,