30.11.2018

Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi münasibətilə dəyirmi masa keçirilib

Gəncə şəhər 42 nömrəli tam orta məktəbdə Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi münasibətilə dəyirmi masa keçirilib.

Tədbirin  keçirilməsində məqsəd İkinci Dünya müharibəsi zamanı Azərbaycanın qəhrəman oğul və qızlarını şagirdlərə tanıtmaq olub.

Sonra qəhrəmanın şərəfli həyat yolu haqqında ətraflı məlumat verilib. Vurğulanıb ki, Mehdi Hüseynzadə çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanıb. O, Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazıb. Yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçının rəşadət dolu şərəfli həyat yolu bu gün Vətənimizi layiqincə qoruyan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan mətin Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsidir.

Çıxış edənlər dövlətimizin Mehdi Hüseynzadənin xatirəsinə olan dərin ehtiramını da xüsusi qeyd ediblər.


Açar sözlər: ,  ,  ,  ,