Gəncə şəhər M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəbdə Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
Tədbirin keçirilməsində məqsəd şagirdlərdə ədəbiyyat fənninə marağın artırılması və onlarda M.Müşfiq yaradıcılığı barədə bilikləri daha da dərinləşdirməkdən ibarət olub.
Şagirdlərin fəallıqla iştirak etdiyi tədbirdə bildirilib ki, Mikayıl Müşfiqin şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hislərinin tərbiyəsində əvəzsiz xəzinədir.
Tədbirdə şagirdlər tərəfindən Mikayıl Müşfiqin şeirləri, onun şeirlərinə yazılmış mahnılar canlı ifa edilib.