Gəncə şəhər 4 nömrəli tam orta məktəbdə “Dilimiz sərvətimizdir" adlı tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd şagirdlərdə ədəbiyyat fənninə marağın inkişaf etdirilməsi, şagirdlərin bilik və bacarıqlarının artırılmasıdır.
Tədbirdə şagirdlərin ifasında müxtəlif şeir və mahnılar səsləndirilib, rəqslər nümayiş etdirilib.