Gəncə şəhər 8 nömrəli tam orta məktəbdə “Dilimizi sevirik” adlı bilik yarışı keçirilib.
Yarışın keçirilməsində məqsəd şagirdlərdə Azərbaycan dili fənninə marağın artırılması, istedadlı uşaq və gənclərin aşkarlanmasından, məktəblilərin asudə vaxtının səmərəli təşkilindən ibarətdir.
Yarışda şagirdlər “Göyərçinlər”, “Odlar yurdu”, “Fəallar” və “Zirvə” adlı komandalara bölünüblər. Yarış müddətində 15 sual səsləndiilib, yarışın qalibi “Fəallar” komandası olub.