Gəncə şəhər M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəbdə “Ümumdünya Uşaq Hüquqları Günü” münasibətilə “Dünya bizim evimizdir” adlı tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd istedadlı uşaq və gənclərin aşkarlanmasından, məktəblilərin asudə vaxtının səmərəli təşkilindən ibarətdir.
Tədbirdə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Söhrab Hacıyev, Şəhər İcra Hakimiyyətinin məsul işçisi Yadigar Bədəlov, məktəbin direktoru Bəhrəm İmranov, məktəbin müəllim və şagird kollktivi iştirak ediblər.
Şagirdlər tədbir müddətində müxtəlif səhnəciklər nümayiş etdirib, şeir və mahnı nümunələri ilə çıxış ediblər.