Gəncə şəhər 29 nömrəlitam orta məktəbdə “Qızıl payız” mövzusunda sərgi keçirilib. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədovanın təşəbbüsü ilə keçirilən sərgidə şagirdlərin hazırladıqları müxtəlif əl işləri nümayiş etdirilib.
Tədbirin keçirilməsində məqsəd şagirdlərin ətraf aləm barədə təfəkkürünü, yaradıcı düşünmə qabiliyyətini inkişaf etdirməkdən ibarət olub.